Sevdiyi qızı vermədiklərinə görə intihar etdi

sevdiyi-qizi-vermediklerine-gore-intihar-etdi
Oxunma sayı: 648

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Gülbala Əliyev küçəsi dalan 1, ev 5 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Elsevər Şöhrət oğlu İsayev özünü asıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Bakıda qohumunun evində yaşayan Ağdaş rayon sakini E.İsayev internetlə bir qızla tanış olub və onu sevib. Gəncin ailəsi isə qızı E.İsayevə verməkdən imtina edib. Buna dözə bilməyən gənc özünü öldürmək qərarına gəlib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.