Bu il “Eurovision”da Kipr qalib ola bilər

bu-il-eurovisionda-kipr-qalib-ola-biler
Oxunma sayı: 1434

“Eurovision” mahnı müsabiqəsinin qalibi Kipr ola bilər.  “Qafqazinfo” xəbər verir ki, bunu Avropa mediası, yarışmanın fan səhifələri və bukmeykerlər belə proqnoz edir.  Bildirilir ki, Kipri Lissabonda təmsil edən Eleni Foureiranın mahnısı uğurlu seçim olub. 

Gənc ifaçının ötən gün təqdim olunan “Fuego” adlı mahnı və klip sosial şəbəkələrdə ən çox müzakirə olunan layihə olub. 

Müsabiqənin münsiflərindən olan isveçli bəstəkar Christer Björkman onun lider olacağını təxmin edib:

“Bu günə kimi təqdim olunan mahnılar sırasında ən uğurlu ifalardan biri Kiprə aiddir. Yəqin ki, liderlik kürsüsündə Eleni Foureira əyləşə bilər”. 

Qeyd edək ki, təmsilçimiz Aysel Məmmədovanın (Aisel) mahnı və klipi bu gün təqdim olunacaq.