“Bu kluba getmək istəmədim” - Ramil Şeydayev

bu-kluba-getmek-istemedim
Oxunma sayı: 2983

Azərbaycan millisinin üzvü və "Krılya Sovetov"un yeni transferi Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda "Lokomotiv"lə matçda debüt edib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra yığmamızın forvard müsahibə verib. 22 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:

- Burada ər şey əladır. Bir həftədir ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram.

- Deyilirdi ki, sən Avstriyanın "Mattersburq" klubu ilə müqavilə imzalamaq üçün adıçəkilən ölkəyə getmisən. Bunlar nə dərəcə doğrudur?

- Xeyr, belə şey yoxdur. Bu, sadəcə, şayiədir. Orada oynayacağımla bağlı müsahibə verməmişdim və bu kluba getmək istəmədim.

- Rusiya, yoxsa Azərbaycan vətəndaşlığı kimi oynayırsan?

- Bu barədə nəsə bilmirəm. Sualı klub rəhbərliyinə ünvanlayın. Futbolçu belə şeylə məşğul olmur. Mənim öz işim var.

- 81-ci dəqiqədə oyuna daxil olaraq, yeni komandada debüt etdin...

- Bəli, bu, yaxşı hal oldu. Amma təəssüf ki, uduzduq. Yaxşı mübarizə apardıq, amma bunu hesabda əks etdirmək lazım idi. İnşallah, növbəti oyunlarda yaxşı olar.