Bu “limandıra” deyil...

bu-limandira-deyil
Oxunma sayı: 3096

Lənkəranda yeni meyvə sortu yetişdirilir. 

“Qafqazinfo” azerbaijan-news.az-a istinadən xəbər verir ki, “Gilan Sitrus” meyvəçilik təsərrüfatı naringi ilə portağalın calağından əmələ gəlmiş hallavond meyvəsi ağaclarının Cənubi Koreyadan gətirilərək Lənkəranda əkinini həyata keçirib. 

100 hektar sahədə salınmış cavan bağlar keçən il ilk barını verib. Mövsümdə 2000 tona qədər məhsul götürülüb.
Bu il hallavondların ağaclardan dərilməsinə noyabr ayında başlanacaq. Bağbanlar ağaclarda 10 tona qədər hallavond məhsulunun olduğuna əmindirlər.