Bu məsələ deputatların müzakirəsindən çıxarıldı

bu-mesele-deputatlarin-muzakiresinden-cixarildi
Oxunma sayı: 697

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyindən bir məsələ çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov məlumat verib. O qeyd edib ki, gündəliyin 17-ci məsələsi qanunvericilik təşəbbüsü subyekti tərəfindən geri çağırıldığı üçün gündəlikdən çıxarılıb. Onun yerinə Əziz Seyidovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunması məsələsi gündəliyə əlavə edilib. 

Qeyd edək ki, 17- ci məsələ Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı idi.

Günel Türksoy