Bu yolda hərəkət tam məhdudlaşdırılır

bu-yolda-hereket-tam-mehdudlasdirilir
Oxunma sayı: 1422

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.