Büdcə necə silinir?

budce-nece-silinir
Oxunma sayı: 2006


Məsələn, aşağıdakı cədvələ nəzər yetirək: (mənbə: Mərkəzi Bankın statistik hesabatı) 

Büdcə xərcləri

 2012

(17,1 mlrd.lıq xərcin bölgüsü) manatla

2013

(19,1  mlrd.lıq xərcin bölgüsü) manatla

2014

(4 aya  mlrd.lıq xərcin bölgüsü) manatla

Yanvar

460 mln.

1,39 mlrd.

1,72 mlrd.

Fevral

825 mln.

1,50 mlrd.

1,33 mlrd.

Mart

1,55 mlrd.

1,62 mlrd.

1,31 mlrd.

Aprel

1,05 mlrd.

1,72 mlrd.

1,7 mlrd.

May

1,75 mlrd.

1,2 mlrd.

 

İyun

1,46 mlrd.

1,3 mlrd.

 

İyul

1,5 mlrd.

1,5 mlrd.

 

Avqust

1,1 mlrd.

1,4 mlrd.

 

Sentyabr

1,35 mlrd.

1,09 mlrd.

 

Oktyabr

1,13 mlrd.

1,09 mlrd.

 

Noyabr

1,73 mlrd.

Təqdim edilməyib

 

Dekabr

3,1 milyard

2 aya 5,1 mlrd.

 

Göründüyü kimi, 2012-ci ildə dekabr ayında xərclər ötən aylarla müqayisədə iki dəfə çox olub. Aylar üzrə orta bölgü  7,6 faiz olduğu halda, təqribən büdcənin 19 faizə yaxını dekabr ayında "silinib".

Ötən ilə gəlincə, noyabr ayında xərclər göstərilməsə də, təqribi rəqəm çıxarmaq o qədər də çətin deyil. Belə ki, əvvəlki ayların orta 1,5 milyard manatlıq xərcinə uyğun olaraq hesablasaq, dekabrda 3,6 milyard manat büdcə vəsaitinin bölüşdürüldüyünü demək olar. Yəni burada da təqribən 18-20 faizin bir ayda silinməsindən söhbət gedir. 

Qeyd edək ki, belə qeyri-bərabər proporsionallıq 2010-cu ildən ekspertlərin diqqətini çəkməyə başlayıb. Belə ki, 2010-cu ildə 11.8 milyardlıq büdcənin demək olar ki, 30 faizi, yəni 3 milyard 345 milyon manatı yalnız dekabr ayında xərcləndiyi müəyyən olunmuşdu. 2010-cu ilin dekabrında orta göstəricidən üç dəfə çox vəsait xərclənib. Bu isə haqlı olaraq büdcə vəsaitlərinin ilin sonunda xərclənməsi deyil, "silinməsi" təsəvvürünü yaradır və eyni zamanda büdcə vəsaitlərindən səmərəsiz istifadənin təzahürüdür. 

Eyni vəziyyət 2011-ci ildə də davam etdirilib. Həmin il dövlət büdcəsi xərclərinin 31,6 faizi ilin birinci yarısında, 68,9 faizi isə ilin ikinci yarısında icra edilib. Büdcə vəsaitlərinin 43,6 faizi ilin 4-cü rübündə, 26 faizi isə yalnız dekabr ayında xərclənib. Xərcləmələrin orta aylıq statistik səviyyəsi 1 milyard 283,1 mln manat olduğu halda, dekabr ayında aylar üzrə orta göstəricidən  3,12 dəfə çox - 4 milyard 005 mln. manat olub.

Bu cür qeyri-bərabər xərcləmələr isə büdcənin əsaslı vəsait qoyuluşunda olur. Ekspertlər hesab edirlər ki, bu cür halların yaranma səbəbi Azərbaycanda mərkəzləşmə islahatlarının aparılmamasıdır. Çünki büdcə təşkilatları vahid büdcə təsnifatı üzrə əldə etdikləri vəsaitləri bölüşdürərək xərcləyirlər. Bir çox hallarda bu istiqamətlər üzrə normadan müəyyən kənarlaşmalar yaranır. Bu kənarlaşmaları yalnız maliyyə idarələrinin razılığı olandan sonra maliyyələşdirmək mümkündür. Ona görə maliyyə müstəqilliyi olmayan büdcə təşkilatları öz vəsaitlərini sərbəst bölüşdürmək, onun üzərində sərəncam vermək hüququ olmadığından ilin əvvəlində Maliyyə Nazirliyinə müraciət edirlər. Bir çox hallarda Maliyyə Nazirliyindən maliyyə xərclərinin istiqamətlərinin dəyişdirilməsi haqqında cavablar isə ilin sonunda alınır. Nəticədə xərclənməmiş vəsaitləri çox sürətlə rəsmiləşdirməyə və xərcləməyə başlayırlar. Ona görə ilin ikinci yarısında daha çox xərclənmələr müşahidə edilir. Lakin bu normal hal kimi qiymətləndirilmir. Belə ki, mütəxəssislərə görə, büdcədən bu cür istifadə korrupsiya göstəricisidir.

“Bizim Yol” qəzeti