“Bunu təkcə Aygün Kazımova və Ruhi bacardı”

“Bunu təkcə Aygün Kazımova və Ruhi bacardı”
Oxunma sayı: 173

Bu barədə məlumatı “Qafqazinfo”ta açıqlamasında Türkiyədə yaşayan “Best Model of World” yarışmasının rəhbəri Erkan Özerman deyib. O, bildirib ki, bu il “Best model of Azerbaijan” keçirilmədiyinə görə Azərbaycan “Best Model of World”də iştirak edə bilməz: “Mən yarışmanı, Azərbaycanda keçirtmək üçün adam tapa bilmədim. Çünki heç kimə inanmadım. Ehtiyat etdim ki, birdən yarışmanı düzgün keçirtməzlər, fırıldaqçılıq edərlər. Azərbaycanda Aygün Kazımova və Ruhiyə inanıram. Onların da işləri olduğu üçün bunu etmədilər. Bu yarışmanı təkcə Aygün Kazımova və Ruhi bacardı”.

Erkan Özerman “Best Model of World”ə Azərbaycandan iştirakçı qatılmasa da, jurilərdən birinin həmyerlimiz olacağını söyləyib: ““Best Model of World”da azərbaycanlı münsif olacaq. Həmin şəxs isə model Günay Musayevadır. O, işini bilən bir qızdır. Amma Azərbaycanda Günayın uğurlarına sevinməkdənsə, haqqında mətbuatda çox pis şeylər yazırlar”.

Aynur Babayeva


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi