“Bütün dünya izləyir...”

butun-dunya-izleyir
Oxunma sayı: 1809

Helsinkidə Rusiya və ABŞ prezidentlərinin görüşü ərəfəsində gözlənilməz hadisə yaşanıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü şəhərdə fəallar etiraz nümayiş etdirməyi bacarıblar. Belə ki, aktivistlər görüşün keçiriləcəyi prezident sarayının yanındakı binanın üzərində video görüntü ilə “Bütün dünya izləyir” yazısını nümayiş etdiriblər. Bir neçə dəqiqə divarda əks olunan sözlər şəhər sakinlərinin diqqətini çəkə bilib. 

Ehtimal edilir ki, aksiyanı insan haqları uğrunda mübarizə aparan “Human Rights Campaign” Amerika təşkilatı təşkil edib. Xatırladaq ki, Vladimir Putin və Donald Tramp bu gün Helsinkidə prezident sarayında bir araya gələcək. 

Aysel Kərimova