Venesiya Komisiyası hakimiyyətin hazırladığı layihədən şübhələnir

venesiya-komisiyasi-hakimiyyetin-hazirladigi-layiheden-subhelenir
Oxunma sayı: 661

Layihəni Prezident Administrasiyası bu ilin yazında hazırlayıb.

“Turan”ın məlumatına görə, Venesiya Komissiyası layihənin əcnəbi vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri siyasi həyatdan təcrid etməyə yönəldiyini vurğulayıb: “Həmçinin konstitusiya quruluşuna zidd əməllər törətməməyi tələb edən dəyişiklik şübhə doğurur, bu, dinc yolla konstitusiyada fundamental yeniliklər tələb edən partiyaların qeydiyyatından imtina və ya buraxılması üçün istifadə oluna bilər.

Siyasi partiyaların üzvlərinin minimal sayının 1000-dən 5000-ə qədər artırılmasının nəzərdə tutulması da əsassızdır. Bu, etnik azlıqları təmsil edən və onların hüquqlarını müdafiə edən siyasi partiyaların yaradılmasını çətinləşdirə bilər”.