Xanəndəmiz Madriddə konsert verəcək

xanendemiz-madridde-konsert-verecek
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, konsert iritutumlu konsert salonlarının birində bu axşam baş tutacaq. Tədbirin təşkilatçısı Azərbaycanın İspaniyadakı səfirliyidir.

Qeyd edək ki, Qoçaq Əsgərovun çıxışından sonra YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın Azərbaycanaın tarixi, musiqisi və əlamətdar günün tarixi haqqında çıxışı olacaq. Bunun ardınca ardınca xanəndə Mircavad Bağırov (tar), Elnur Mikayılov (kamança) və Şirzad Fətəliyevin (balaban) müşayiəti ilə bayram əhval-ruhiyyəli repertuarını təqdim edəcək.

Qeyd edək ki, xanəndənin İspaniyaya ilk səfəridir. Səfər həm də onu yerli musiqiçilər üçün tanıtım xarakteri daşıyır. Konsertdə İspaniyanın məşhur musiqiçiləri azərbaycanlı xanəndəni dinləyib rəy bildirəcəklər.

Daha sonra Q.Əsgərov bir neçə musiqi şirkətlərinin rəsmiləri ilə görüşəcək. Bu səfər onun sentyabrda keçirləcək musiqi festıvalına qatılması üçün hazırlıq xarakteri daşıyacaq.