“Xocalı barədə burda heç kəs heç nə bilmir” –Müsahibə

xocali-barede-burda-hec-kes-hec-ne-bilmir-musahibe
Oxunma sayı: 662

Xanım Kraynı Hukdan Azərbaycanla bağlı müsahibə verməyini xahiş edəndə, tərəddüd etmədi. Ancaq Azərbaycanla bağlı bilgisinin olmamasını bildirdi və mən ona internetdə Azərbaycanla, eləcə də Xocalı ilə bağlı bir neçə filmlər nümayiş etdirdim. Bundan sonra söhbətimizə davam etdik. Ancaq bütün söhbətim boyu onun danışığından Azərbaycanda söz azadlığının olmaması barədə informasiyanın olduğunu, lakin bunu tam açıq qeyd etməməsini hiss etdim. Vaxtaşırı, dünya tək tarixinizlə çıxa bilməzsiniz fikirləri həm açıq, həm də dolayısı yolla onun dilindən səslənirdi. Dünyaya çıxmaq üçün, sözün bütün yaxşı mənalarında Avropaya, dünyaya inteqrasiya olunmaq lazımdır, istər demokratiya, söz azadlığı, istər iqtisadiyyat, istər mədəniyyət, idman sahəsində.

Beləliklə, Krayne Huk Xristian Demokrat Alyansının (CDA) üzvü və həmçinin partiyadan Middelburq bələdiyyəsinin idarə heyətinin üzvü Krayne Huk ilə müsahibəni təqdim edirik:




- Sizi Azərbaycan oxucularına necə təqdim edə bilərəm?

- Məni, sadəcə, Krayne Huk kimi təqdim edə bilərsiz. 62 yaşım var, ailəliyəm, iki övladım və 2 nəvəm var. Orta məktəbi bitirdikdən sonra bir neçə il işlədim, sonra uşaqlara görə bir müddət evdə qaldım və eyni zamanda, həyat yoldaşımla şəxsi şirkətimizin işlərində kömək etdim. Bu müddət eləcə də təhsilimi artırdım və yenidən işləmyə başladım, bu günə qədər də müxtəəlif vəziflərdə işləmişəm. Hazırkı işim həm də inteqrasiya layihələrində məsləhətçilikdir.


- Azərbaycan siyasəti, mədəniyyəti barədə nə fikirlərinizi eşitmək maraqlı olardı?

- Etiraf edim ki, Azərbaycan haqqında çox az bilgim var, o cümlədən mədəniyyəti və siyasəti barədə.


- Bilirsiniz ki, ötən il Eurovision musiqi yarışmasındı Azərbaycan qələbı qazandı və bu il də həmin yarışma orda keçiriləcək..

- Bunu bilirəm (gülür). Mənim bu müsabiqəyə bir o qədər də marağım yoxdur. Sadəcə, az da olsa diqqətdə saxlamğa çalışıram.


- Siz Xristian Demokrat Alyansının (CDA) üzvü və Middelburq bələdiyyəsinin idarə heyətinin üzvüsünüz. Siyasətlə bilavasitə bağlısız. Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edildi haqda məlumatlısınızmı? Qarabağ problemi barədə məlumatınız
var?
- Mən hər Hollandiyanın iç və Middelburq siyasəti ilə maraqlanmışam. Bundan başqa mən ancaq birbaşa əlaqəsi olan siyasi hadisələri izləməyə cəh edirəm. Siyasətdəki işimlə yerimlə əlaqəsi olmadığından, Qarabağ bağlı heç bir bilgiyə sahib deyiləm.


-1992-ci il 26 fevralda baş vermiş Xocalı soyqırımı ilə bağlı nə deyə bilərsiz? Nə üçün hər kəs 1915-ci ilə baxır,hec vaxt baş verməmiş erməni soyqırımından danışır,ancaq kimsə yaxın tarixə, 1992-ci ildə Xocalıda baş verənlərdən danışmırlar?

- Ona görə ki, Xocalı barədə burda heç kəs heç nə bilmir. Mənə siz bu barədə mənə məlumat verməsəydiniz, yəqin ki, mən heç vaxt bu baərdə bilməyəcəkdim.

Siz elə bilirsiz bizlərin Azərbaycan tarixini, siyasətini bilməyəmiz nəyisə dəyişəcək? Siz burda olduğunuz müddətdə Avropa mədəniyyəti, iqtisadiyyatı barədə yetərincə bilgi almısız. Deyək ki, Siz imkan qazandığınız ki, burda çətinliklərlə əldə etdiyiniz təcrübəni ölkənizdə tətbiq edəsiz, ölkəniz Avropaya bir çox baxımından yaxınlaşsın. Avropanın müsbət dəyərlərini özündə çəmləşdirsin. Əgər ölkəniz bütün bu kimi müsbət dəyərlərə sahib olub, sözün yaxşı mənasında, Avropaya inteqrasiya oluna bilərsə, düşünürəm, daha yaxşı olar.

Vüqar Abbasov,
Hollandiya