Cəlalə Nəzəroğluya vəzifə verildi

celale-nezerogluya-vezife-verildi
Oxunma sayı: 6985

Uzun illər “Xəzər Xəbər”in aparıcısı olan Cəlalə Nəzəroğluya vəzifə verilib. “Qafqazinfo” xəbər verir ki, o, “Libraff” mağazalar şəbəkəsinə rəhbər gətirilib.

Bu barədə aparıcı sosial şəbəkədə məlumat verib:

“Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra “Libraff” mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Taleh Heydərova təşəkkür edirəm. Vətənə, millətə xeyirli olsun”.