“Çelsi”dən 40 milyonluq transfer!

celsiden-40-milyonluq-transfer
Oxunma sayı: 652

“Qafqazinfo”nun verdiyi məlumata görə, “zadəganlar” belçikalı futbolçuya görə Fransanın “Lill” klubuna 40 milyon avro ödəyəcək.

Bir neçə gün əvvəl “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” arasında seçim edəcəyini bildirən 21 yaşlı yarımmüdafiəçi sonda Çempionlar Liqasının qalibinə üstünlük verib. Bununla da Azar Belçika futbolunun ən bahalı futbolçusu kimi tarixə düşüb.
Qeyd edək ki, Eden Azar bu mövsüm “Lill”in heyətində 48 oyun keçirib. Bu oyunlarda 22 qol vuran belçikalı 16 məhsuldar ötürmə verib.

Ceyhun Əhmədov