Çin və Hindistanda analoji qəza, 12 şagird ölüb

cin-ve-hindistanda-analoji-qeza-12-sagird-olub
Oxunma sayı: 920

Çində və Hindistanda məktəblilər qəzaya düşüblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında baş verib. Belə ki, Çində avtomobil məktəbiləri əzib, nəticədə 5 şagird ölüb, 18-i yaralanıb.

Hindistanda isə Madxya-Pradeş ştatında məktəbililəri daşıyan avtobus digəri ilə toqquşub. Bu zaman 7-si məktəbli olmaqla 8 nəfər dünyasını dəyişib, azı 7 nəfər xəsarət alıb. 

Aysel Kərimova