Çində daşqınlar nəticəsində 7 nəfər ölüb

cinde-dasqinlar-neticesinde-7-nefer-olub
Oxunma sayı: 667

Çinin Quansi-Çjuansk muxtar rayonunda güclü daşqınlar  baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Aramsız yağışlar nəticəsində 7 nəfər ölüb, 100-dək bina tam və yaxud qismən dağılıb.

Təbii fəlakət muxtar rayonun iqtisadiyyatına 8,7 milyon dollar zərər vurub.

Hazırda xilasetmə və bərpa işləri davam etdirilir.