Çoban söyüş üstündə öldürüldü

coban-soyus-ustunde-olduruldu
Oxunma sayı: 645

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, 26 yaşlı Taci Həsənov şəhərin kirayədə qaldığı Xəlil Əhmədov küçəsində həmin küçənin sakini və həmyaşıdı olan Vüqar Həkim oğlu Zeynalov tərəfindən qətlə yetirilib.

Şabran polis şöbəsinin rəisi Azad Məmmədovun verdiyi məlumata görə, Vüqar Zeynalov Taci Həsənova çiyninin sol hissəsindən, ürək nahiyyəsindən bıçaq xəsarəti yetirib. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda keçinib. Hadisənin tərəflər arasında söyüş səbəbindən yaranmış mübahisə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, əslən Şabranın Dağbilici kəndindən olan Taci Həsənov şəhərdə çobanlıqla məşğul olurmuş. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmək maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.