Çox danışan daha çox ödəyəcək

cox-danisan-daha-cox-odeyecek
Oxunma sayı: 647

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynov deyib.

Onun sözlərinə görə, ümumi istifadədə olan telefon şəbəkəsinin yüklənməsi yeni sistemin tətbiqini labüd edir ki, bu da operator üçün iqtisadi baxımdan səmərəsizdir.

"Bakı şəhəri üzrə aparılan araşdırmaya əsasən, abonentlərin 50 faizə yaxınının danışıq müddəti ayda 450 dəqiqəni ötmür. Sutkada 12 saat danışa biləcək müəyyən abonent kateqoriyası var ki, bu da nəticədə şəbəkənin yüklənməsinə səbəb olur", - Hüseynov vurğulayıb.

Bununla belə, o, qeyd edib ki, vaxt hesabı ilə ödəniş sisteminin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulmur.