“Daşnakstyun” reaksiya verdi

dasnakstyun-reaksiya-verdi
Oxunma sayı: 648

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə “Daşnakstyun”un parlament fraksiyasının rəhbəri Vaan Ovvanisyan deyib. Onun sözlərinə görə, Ermənistan öz namizədliyini aktiv irəli sürməli və Azərbaycanın TŞ-da qeyri-daimi üzv olmaması üçün mübarizə aparmalı idi: “İnsanlar başa düşmürlər ki, düşmən özü ən yaxşı məsləhətçidir. Bizdə bunu anlamırlar və nəticədə də yanılırlar. Şəxsi mənfəətini görməlisən, daha Azərbaycanla Sloveniya arasındakı mübarizədə axırıncının şansının daha çox olacağına ümid etmək lazım deyildi. Sonda yanlış olduğu məlum oldu”.

Azərbaycanın BMT TŞ-a seçilməsinin mümkün nəticələrinə toxunan Ovannisyan Bakının kifayət qədər geniş səlahiyyətlərinin olduğunu deyib: “O, veto qoymaq hüququna sahib deyil, əvəzində gündəliyin formalaşdırılması hüququna malikdir. İşlər başlayacaq, sonda isə hər hansı elementi qəbul edilməyən sənəd yaxud sənədlər qalacaq ki, bunu da bizim diplomatiyanın başına vuracaqlar”.

Səidə