Dəyanət Bayramov qəzada öldü

deyanet-bayramov-qezada-oldu
Oxunma sayı: 674

Quba rayon polis şöbəsinin müstəntiqi Əsgər Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, 28 yaşlı Dəmir Tahir oğlu Ramazanovun idarə etdiyi “VAZ 2105” markalı 90 KS 495 dövlət nömrə nişanlı avtomobil Quba rayonunun Qonaqkənd yolunun 1-ci kilometrliyindən hərəkət edərkən dərəyə aşıb. Hadisə nəticəsində sürücü yaralanıb, onun sərnişini 28 yaşlı Dəyanət Süleyman oğlu Bayramov hadisə yerində ölüb.

İlkin versiyaya görə, qəzanın baş verməsinə avtomobilin yüksək sürətlə idarə edilməsi olub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. Avtomobil texniki ekspertizadan keçirilib.