Dövlət qurumlarının nə qədər borcu var?

dovlet-qurumlarinin-ne-qeder-borcu-var
Oxunma sayı: 1451

01.07.2017-ci il tarixə iri sığortaedənlər üzrə Dövlət Sosial Müdafiə Fondunun debitor borclarının əsas hissəsi - 30,53 mln. manatı və ya 51,6%-i “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə aid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.

Bildirilir ki, bu təşkilat üzrə Fondun debitor borclarının məbləği ilin əvvəlinə nisbətən 1,78 mln. manat və ya 6,2%, o cümlədən, borcun əsas məbləği 1,58 mln. manat, penya və maliyyə sanksiyaları üzrə borclar 0,21 mln. manat artıb. 
Həmin tarixə tarixə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Fonda borcu 9,29 mln. manat (7,39 mln. manat borcun əsas məbləği, 1,89 mln. manat penya və maliyyə sanksiyaları, 0,01 mln. manat digər borclar) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 15,7%-i qədər təşkil edib  ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 0,35 mln. manat və ya 3,9% çoxdur (o cümlədən, artım borcun əsas məbləği üzrə 0,33 mln. manat və ya 4,7%, penya və maliyyə sanksiyaları üzrə 0,01 mln. manat və ya 0,5% artmışdır). 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin də 2017-ci ilin əvvəlinə nisbətən I yarısınin sonunda Fonda borcu 0,13 mln. manat və ya 2,2% artaraq (o cümlədən, borcun əsas məbləği üzrə 0,13 mln. manat və ya 2,3%) 6,08 mln. manata (5,78 mln. manat borcun əsas məbləği, 0,3 mln. manat penya və maliyyə sanksiyaları) çatıb ki, bu da Fondun iri sığortaedənlər üzrə debitor borclarının 10,3%-i qədərdir. 

Azərbaycan Dövlət Neft Şirkətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin də Fonda borcları 2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə artmış, artım Azərbaycan Dövlət Neft Şirkəti üzrə borcun əsas məbləği olmaqla 0,58 mln. manat və ya 77,3%, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 0,76 mln. manat və ya 33,5% (o cümlədən, borcun əsas məbləği üzrə 0,7 mln. manat və ya 38,5%, penya və maliyyə sanksiyaları üzrə 0,62 21 mln. manat və ya 13,9%), “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 0,55 mln. manat və ya 35,3% (o cümlədən, borcun əsas məbləği üzrə 0,53 mln. manat və ya 34,05%) təşkil edib.