Drezdendə Xocalı aksiya keçiriləcək

drezdende-xocali-aksiya-kecirilecek
Oxunma sayı: 634

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, fevral ayının 24-dən etibarən 3 gün ərzində şəhər ətrafı və şəhər içi 89 ədəd sərnişin nəqliyyatının monitorlarında “Azərbaycan Xocalı faciəsi qurbanlarının xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad edir”; “Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam” ifadələri səhər saat 06:00-dan gecə saat 00:00-dək davamlı olaraq sərnişinlərə nümayiş olunacaq.

Monitorlarda yayımlanan ifadələri orta hesabla 450-500 min sərnişinin izləməsi gözlənilir.