Dünən hər kəs ona baxdı... - Fotolar

dunen-her-kes-ona-baxdi
Oxunma sayı: 8350

Ötən gündən etibarən Ukraynaya rəhbərlik edən Vladimir Zelenskinin xanımı Yelena Zelenskayanın inauqurasiya mərasimindəki zərif görünüşü hər kəsin diqqətini cəlb edib.

“Qafqazinfo”nun “112 Ukraina” portalına istinadən verdiyi xəbərə görə, “First-lady” təntənəli mərasim üçün ukraynalı dizaynerlərə məxsus geyim və aksessuarlardan istifadə edib. 

Məlumata görə, ağ rəngli libas və jaket dizayner Artem Klimçuka məxsusdur. Ümumilikdə, bu geyim 184 saat ərzində 7 ustanın əziyyəti sayəsində ortaya çıxıb. 

Birinci xanımın sırğaları da “Guzema Fine Jewelry” zərgərlik brendi tərəfindən eskiz əsasında xüsusi olaraq onun üçün hazırlanıb.