Əbülfəs Qarayev həmkarı ilə görüşdü - Fotolar

ebulfes-qarayev-hemkari-ile-gorusdu
Oxunma sayı: 830

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, nazir qonaqları salamlayaraq Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsinin önəmini vurğulayıb  və bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin uğurlu təşkilinə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizin nümayəndə heyətinin İran səfərindən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırıb. İyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” tədbirlərinin açılış mərasimində İranın mədəniyyət və islami irşad nazirinin müavininin fəal iştirak və çıxışından razılığını ifadə edən Əbülfəs Qarayev bu iştirakı münasibətlərimizin sıx və möhkəmliyinin nümunəsi kimi dəyərləndirib. 

İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin çox uğurla keçirildiyini və ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılandığını qeyd edib.  

Görüş iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi ilə davam edib.