Əli Abbasov Fransada səfərdədir

eli-abbasov-fransada-seferdedir
Oxunma sayı: 648

Qeyd edək ki, BTİ və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Əli Abbasov texnika sahəsinin 50-yə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür.

Bundan əlavə iyunun 7-də Parisdə Azərbaycan və Fransanın İKT-şirkətlərinin iştirakı ilə I Azərbaycan-Fransız İKT Biznes Forumu keçiriləcək. Forum çərçivəsində Əli Abbasovun Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Besson ilə ikitərəfli görüşü nəzərdə tutulub.

Həmçinin Parisə səfəri zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ArianeSpace şirkətinin rəhbəri Jan-İv Le Galla görüşəcək.

Xatırladaq ki, milli peykin ArianeSpace şirkətinin istehsalı olan raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılması nəzərdə tutulub.

Nigar Məmmədli