Elmar Məmmədyarov İan Biqsi qəbul edib

elmar-memmedyarov-ian-biqsi-qebul-edib
Oxunma sayı: 640

Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın enerji strategiyası və ölkəmizin müxtəlif regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı barədə Avstraliya Səfirinə məlumat vermişdir.
Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun son durumu barədə danışan Nazir Elmar Məmmədyarov, münaqişənin həllində beynəlxalq ictimaiyyət tərəfindən yaranmış status-kvonun saxlanılmasının qəbul olunmaz olduğunu qeyd etmiş və münaqişənin nizamlanması üçün Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulamışdır.

Səfir İan Biqs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmiş və münaqişənin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Tərəflər iki ölkə arasında hüquq – müqavilə bazasının genişləndirilməsi və habelə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirmişlər.