Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatdı - Yenilənib

elmar-memmedyarovun-nalbandyanla-gorusu-basa-catdi
Oxunma sayı: 1643

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.

“ATƏT-in Minsk Qrupunun həmsədrinin vasitəçiliyi ilə xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə Vyanada görüş keçirir. Substantiv, intensiv və konkret müzakirələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün vacibdir” , -deyə H. Hacıyev bildirib.

***

Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Edvard Nalbandyanla Vyanada görüşü başa çatıb.