Elmlər Akademiyaları əməkdaşlıq haqqında saziş imzalayacaq

elmler-akademiyalari-emekdasliq-haqqinda-sazis-imzalayacaq
Oxunma sayı: 647

Saziş Bolqarıstan Elmlər Akademiyasının prezidenti Nikola Sıbotinovun noyabrın 28-də Bakıya səfəri zamanı imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bildirib.

Səfər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun dəvəti ilə baş tutacaq. Sıbotinov iki ölkənin elm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, Azərbaycandakı elmi müəssisələrin fəaliyyəti ilə tanış olacaq.

Bolqarıstan Elmlər Akademiyası 1869-cu ildə yaradılıb və 9 şöbəyə malikdir: riyaziyyat, kimya, biologiya, Yer haqqında elmlər, mühəndislik, humanitar, sosial elmlər. Akademiyanın tərkibində 50-yə yaxın institut fəaliyyət göstərir.