Elza əməliyyatından danışdı

elza-emeliyyatindan-danisdi
Oxunma sayı: 1884


“Bu xəstəlik məndə iki ildir ki, vardı. Qadın xəstəliyi idi. Ağrılarım olurdu, lakin konsertlər, dövlət tədbirləri, layihələrdən imkan tapıb əməliyyat oluna bilmirdim. Deyə bilərəm ki, sənət qurbanı oldum. Düz deyiblər, incəsənət qurban tələb edir.  Hər dəfə həkimə deyib vaxtı uzadırdım. Ağrılarım çox olduğu üçün mayın 28-i əməliyyat olundum. Bu haqda xalqımın bilməsini istəmirdim, ağrılarımı insanlara çatdırmaqdan  xoşum gəlmir. Dünən Avropa prodüseri Sultan Mustafayev yanıma gəlmişdi. O şəklimi çəkib sosial şəbəkədə paylaşıb. İnsanlar narahat olur, zəng edirlər, maraqlanırlar. Hər kəsə təşəkkür edirəm. Deyirlər Azərbaycanda həkimlər savadsızdır, İrana, Türkiyəyə, Almaniyaya üz tuturlar. Əmin oldum ki, bizim çox savadlı, qayğıkeş həkimlərimiz var. İslam həkim olmaqla bütün xəstəxana kollektivinə minnətdaram. Bilsəydim çoxdan əməliyyat olunardım. Yenə də rayonlarda tədbirlərə çağırırlar. Lakin həkim icazə vermir. Hələ ki, xəstəxanadayam, burada başıma dolanırlar”.

Könül