Emeri Bakıda təcrübəsinə güvənəcək

emeri-bakida-tecrubesine-guvenecek
Oxunma sayı: 720

“Oyunçular və azarkeşlərimizlə fəxr edirəm. Futbolçularım əllərindən gələn hər şeyi etdilər”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Unai Emeri Avropa Liqasının yarımfinalında “Valensiya”ya 4:2 hesabı ilə qalib gələrək finala yüksəldikləri oyundan sonra deyib.

O, “Valensiya” üzərindəki 4:2 hesablı qalibiyyəti şərh edib: “İlk qoldan sonra sakit olmalı və özümüzü ələ almalı idik. “Valensiya”ya 4 qol vurmaq asan deyil. Çünki onlar yaxşı komandadır” 

“Sevilya” ilə 2014, 2015 və 2016-cı illərdə ardıcıl 3 dəfə Avroliqanın qalibi olan Emeri daha sonra vurğulayıb: “Finalda oynamaq çətindir. Amma əvvəlki uğurlarıma görə bu turnirdə çox təcrübəliyəm. Bundan istifadə edəcəyik”.
 
Qeyd edək ki, “Arsenal” finalda mayın 29-u Bakı Olimpiya Stadionunda “Çelsi” ilə qarşılaşacaq.