Ermənilər azərbaycanlı rəis müavininin oğlunu girov götürdülər- - Yenilənib

ermeniler-azerbaycanli-reis-muavininin-oglunu-girov-goturduler-
Oxunma sayı: 4532


Azərbaycan vətəndaşı ermənilər tərəfindən girov götürülüb. 

“Qafqazinfo” xəbər verir ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Cavid Məmmədov ötən gün yerli vaxtla saat 18:10-da  təmas xəttini keçmək istəyərkən saxlanılıb və müvafiq orqanlara təhvil verilib. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib və hazırda araşdırma aparıldığını, həmin şəxsin kimliyinin müəyyənləşdirildiyini bildirib. 

***

BQXK Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib. 

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, BQXK-nın Dağlıq Qarabağdakı ofisi bir Azərbaycan vətəndaşının saxlanıldığı barədə məlumatlandırılıb. BQXK mandatına uyğun olaraq ona baş çəkəcək.

***
Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, girov götürülən Cavid Samiroğlu Məmmədov Tərtər rayon sakinidir. Onun Tərtər rayonunun Qaçay Mehdiyev küçəsində yaşadığı bildirilir.

İlkin məlumata görə, əsir Tərtər rayon yol polisi rəisinin müavininin oğludur.