Ermənilər qorxuya düşdü - Video

ermeniler-qorxuya-dusdu
Oxunma sayı: 12433

Ermənistanda rus hərbçilər sakinləri qorxudublar.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Rusiyanın 102 saylı hərbi bazası Şirak bölgəsinin Panik kəndində təlim keçərkən sakinlər vahiməyə düşüblər. Təlim barədə xəbərdarlıq almayan kəndlilər müharibə başladığını düşünüblər. 

Kənd icrasının nümayəndəsi Vardan Makeyan “Küçədə əsgərlər var idi, atəş açırdılar. Əvvəlcə elə bildik müharibədir. Qorxuya düşən sakinlər küçəyə axışdı. Hətta huşunu itirən uşaqlar var idi. Bizə kənddə təlim olacağı barədə məlumat verilməyib, bunu təhqir hesab edirik”,- deyib.

Aysel Kərimova