“Fənər” qalib gələ bilmədi

fener-qalib-gele-bilmedi
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, “Eskişehirspor”un qonağı olan “Fənərbaxça” 1-1-lik heç-heçə əldə dib. Ev sahibi komanda görüşün 13-cü dəqiqəsində hesabı aça bilib. Erkan Zengin “Eskişehirspor”u 1-0 önə çıxarıb. Lakin 7 dəqiqədən sonra “Fənər” Məhmət Topalın vurduğu bərabərlik qoluna sevinib. Beləliklə 1-1 başa çatan görüşün taleyi, cavab oyununa qalıb.

Bu oyunla yanaşı digər bir yarımfinal qarşılaşması “Sivasspor”la “Trabzonspor” arasında olub. Super Liqada istədiyi mövqedə yer ala bilməyən “Trabzonspor” dünən də 2-1 hesabı ilə məğlub olub. Doğrudur, Trabzon təmsilçisinin finala çıxmaq şansı var. Ancaq bunun nə qədər real olub, olmadığı cavab oyununda sonra bilinəcək.

İqbal