“Fənərbaxça” “Çelsi”nin futbolçusunu icarəyə götürdü

fenerbaxca-celsinin-futbolcusunu-icareye-goturdu
Oxunma sayı: 1456

“Çelsi” vingeri Viktor Mozesi icarəyə verib.

“Qafqazinfo” xəbər verir ki, Nigeriya millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək. Futbolçu “Fənərbaxça” ilə anlaşıb. Mozes yeni klubunda icarə əsasında çıxış edəcək. 28 yaşlı oyunçu müqavilə bağlamaq üçün tezliklə İstanbula gələcək.

Qeyd edək ki, Mozes 2012-ci ildə “Uiqan”dan “Çelsi”yə keçib.