Fəxri Kazım-Nicatın solo konserti keçiriləcək

fexri-kazim-nicatin-solo-konserti-kecirilecek
Oxunma sayı: 1084

Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin və Rəşid Behbudov adına Mahnı Tetarının solisti Fəxri Kazım-Nicatın solo konserti keçiriləcək.

“Qafqazinfo” Missiya.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaradılmasının 100 illiyinə və ifaçının öz yaradıcılıq fəaliyyətinin 15 illiyinə həsr olunan konsert mayın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

İfaçı bildirib ki, hazırda Azərbaycan Xalq Çalğı Alətləri Orkestri ilə məşqlər davam etdirilir:

“Repertuara klassik musiqi, bəstəkar və xalq mahnıları daxil edilib. Məşqləri xalq artisti Ağaverdi Paşayev aparır. Biletlər kassalarda satışa çıxarılıb”.