FHN yanan villa ilə bağlı məlumat yaydı

fhn-yanan-villa-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 635

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda sahibi məlum olmayan, hər mərtəbəsi 300 kv.m olan üçmərtəbəli mansard tipli evin mansardının yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanan villanın baş nazirin müavini Abid Şərifova aid olduğu məlum olub.