Flaqmana baş məşqçi təyin edildi

flaqmana-bas-mesqci-teyin-edildi
Oxunma sayı: 651

Etibarlı mənbədən Trend-ə verilən məlumata görə, Arif Əsədovun gedişindən sonra boş qalan "Neftçi"nin baş məşqçi postuna Böyükağa Hacıyev gətirilib.

Bu gün axşam Hacıyevin təqdimatının olacağı gözlənilir.

"Neftçi" Çempionlar Liqasının təsnifat mərhələsində Xorvatiyanın Dinamo (Zaqreb) klubuna məğlub olduqdan sonra Arif Əsədov baş məşqçi vəzifəsindən istefa verib.

Qeyd edək ki, Böyükağa Hacıyev sonuncu dəfə "Standard"ın "sükanı arxasında" çalışıb.

Bununla bağlı "Neftçi" klubunun rəhbərliyi rəsmi mövqe bildirməyib.