FTB-nin direktor müavini istefaya göndərildi

ftb-nin-direktor-muavini-istefaya-gonderildi
Oxunma sayı: 968

ABŞ ədliyyə naziri, baş prokuror Ceff Seşns Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Makkeybi istefaya göndərib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, E.Makkeyb ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkiləri ilə əlaqədar araşdırmalarda fəal iştirak edib.

“Baş müfəttişin məruzəsi, FTB-nin professional məsuliyyət şöbəsinin nəticəsinə və nazirliyin yüksək vəzifəli şəxslərinin tövsiyələrinə əsaslanaraq bu gündən etibarən Endryu Makkeybin səlahiyyətlərinə xitam verirəm”,-deyə nazirin bəyanatında bildirilir.