“Futbolçularımın oyundan həzz aldığını görmək istəyirəm” - Martines

futbolcularimin-oyundan-hezz-aldigini-gormek-isteyirem
Oxunma sayı: 1185

Belçika yığmasının baş məşqçisi Roberto Martines dünya çempionatında 3-cü yer uğrunda qarşılaşacaqları İngiltərə ilə matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis futbolçularını meydanda ən yaxşı formada görmək istədiyini deyib:

“Meydana çıxacaq futbolçular ən yaxşı formada olmalıdırlar. İngiltərə millisinə nisbətən daha çox istirahət etdik. Hər kəs qarşılaşmaya hazırdır və meydana ən yaxşı heyəti buraxacam. Burada 6 oyun keçirmişik və fiziki yorğunluq ola bilər. Amma oyunçularımın qarşılaşmadan həzz aldığını görmək istəyirəm”.