Gənc millimiz kluba uduzdu

genc-millimiz-kluba-uduzdu
Oxunma sayı: 958

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, yığmamız “Antalyaspor” klubunun U-19 komandası ilə qarşılaşıb.

Matç “Antalyaspor”un gənclərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk yoxlama görüşündə Kosovoya 0:1 hesabı ilə uduzub.

16:00. Azərbaycan U-19 – “Antalyaspor” U-19 - 0:1