Gəncədə iki yol qəzasında - 2 nəfər yaralandı

gencede-iki-yol-qezasinda
Oxunma sayı: 748

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Hüseyn Həşimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

***

Daha bir yol-nəqliyyat hadisəsi şəhərin Nizami küçəsində baş verib. Hərəkətdə olan avtomobil piyada, 1957-ci il təvəllüdlü İbrahivova Kifayət Qurban qızını vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.