Gəncədə şok olay - Video

Gəncədə şok olay -  <font color=red>Video</font>
Oxunma sayı: 152


Bu gün Gəncə şəhərinin Nizami rayonun Gülüstan qəsəbəsi ərazisində məskunlaşan 1998-ci il təvəlüdlü Almaz Kərimli özünü yandırıb. Hadisə onun ailəsinə məxsus həyətyanı sahəni Nizami rayonu polis idarəsinin əməkdaşları boşaldarkən baş verib.
Almaz Kərimlinin atası Şamil Kərimov 1996-cı ildə Gülüstan qəsəbəsində torpaq sahəsi alıb. O, torpaq sahəsi üçün 13 min manat ödədiyini iddia edir. Lakin torpaq sahəsi sonradan mühabisə predmetinə çevrilib.

Belə ki, Gəncə şəhər İnzibati-İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev 2008-ci ildə həmin ərazini Nizami rayon icra başçısı Məharət Mustafayevin sərəncamı ilə torpaq sahəsini öz adına rəsmləşdirib. Mübahisə yaranandan sonra köçkün ailəsi müxtəlif instansiyalara çoxsaylı müraciətlər edib, nəhayət 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən İnzibati-İqtisad Məhkəməsinin sədrinə verilən torpaq sənədlərini ləğv etdirə bilib.

Buna baxmayaraq, bu gün Gəncə icra hakimiyyətinin göstərişi ilə Nizami rayon polis idarəsinin əməkdaşları əraziyə gəlib, köçkün ailəsinin əşyalarını zorla maşına yığaraq, torpaq sahəsini boşaltmaq istəyib. Ailə polisin hərəkətinə müqavimət göstərib, torpaq sahəsinin onlara məxsus olduğunu təsdiqləyən sənədlər təqdim edib. Təqdim olunan sənədlərə məhəl qoyulmayanda isə 15 yaşlı Almaz Kərimli özünü yandıracağı haqda xəbərdarlıq edib. Bunun qarşılığında polislərdən biri ona yandırıcı vasitə (alışqan və ya kibrit) verərək, deyib ki, istəyirsə, özünü yandırsın. Almaz Kərimli də yandırıcı vasitəni alaraq özünə od vurub. Köçkün qız ağır termiki yanıq diaqnozu ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, xəstənin vəziyyəti ağırdır. /azadliq.info/



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi