Göz yaşı bədəndən toksinləri təmizləyir

goz-yasi-bedenden-toksinleri-temizleyir
Oxunma sayı: 645

ABŞ-da aparılan araşdırmalar nəticəsində ağlamanın istər fiziki, istərsə də psixoloji baxımdan bir çox faydası olduğu müəyyən edilib. Belə ki, araşdırmalarda göz yaşının bəzi toksik maddələri bədəndən təmizlədiyi və fiziki baxımdan rahatlıq verdiyi məlum olub.

Araşdırmada iştirak edən alimlər ağlamanın insanı mənən yüngülləşdirdiyini, iztirab çəkilən hallarda rahatlıq gətirdiyini, eləcə də stress, ürək qan-damar xəstəlikləri, yüksək təzyiq, diabet və şişmanlıq kimi xəstəliklərin müalicəsində effektiv olduğunu qeyd ediblər.

Tədqiqatçılar ağlamanın insanın başqaları ilə aralarındakı sərhədləri yıxdığını və yanında ağladığı şəxslə arasında ünsiyyət yaradılmasını asanlaşdırdığını da müəyyənləşdiriblər.


azerimuslims