“Gücümüzü birləşdirmişik...” - Yeni qruplaşma

gucumuzu-birlesdirmisik
Oxunma sayı: 652

Məşhur pop ulduz Hadisə Türkiyə şou-biznesində yeni qruplaşmanın təməlini qoyub. 

“Qafqazinfo” xəbər verir ki, ifaçı üç xanım müğənni ilə birləşdiyini etiraf edib. 

Hadisə bacısı Hülya Açıkgözün sahibi olduğu məkanda yalnız 3 ifaçının çıxış etdiyini söyləyib:

“Bu yay Demet Akalın, Gülşen ilə gücümüzü birləşdirmişik. Bu, bacımın fikri idi, mən də dəstəklədim. Əslində o qədər də geniş bir biznesimiz yoxdur. Bu səbəbdən hamı işini görsün, pulunu qazansın”.