Gürcüstan prezidenti üçüncü dəfə ata oldu

gurcustan-prezidenti-ucuncu-defe-ata-oldu
Oxunma sayı: 1739

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili üçüncü dəfə ata olub.

“Qafqazinfo” xəbər verir ki, prezidentin oğlu dünyaya gəlib. Bu barədə gürcü liderinin Feysbuk hesabında məlumat paylaşılıb. 

“Toma Marqvelaşvili anadan oldu”,- deyə sosial şəbəkədə yazılıb. 
 
Qeyd edək ki, G. Marqvelaşvili ilə xanımı Maka Çiçua 2014-cü ildə ailə qurub. Cütlüyün 2015-ci ildə Temo adlı oğulları dünyaya gəlib.

Gürcüstan dövlət başçısının birinci evliliyindən Anna adlı qızı var.