Gürcüstanda meşə yanğını, 150 yanğınsöndürən cəlb olundu

gurcustanda-mese-yangini-150-yanginsonduren-celb-olundu
Oxunma sayı: 936

Borjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.

"Qafqazinfo" xəbər verir ki, dağ yamacında yanğının söndürülməsinə Sərhəd Polisinin helikopteri cəlb olunub.

Relyefin çətinliyindən texnikanın yanğın ocağına yaxınlaşması çətinləşib. Yanğının aradan qaldırılmasına Tbilisi, Borjomi, Axaltsixe və digər bölgələrdən 150-yə yaxın yanğınsöndürən cəlb olunub.