Hava mülayim keçəcək

hava-mulayim-kececek
Oxunma sayı: 646

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 12-dən 13-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

İstirahət günlərində hava şəraiti dəyişkən buludlu olacaq. Güclü şimal küləyinin 13-ü axşama doğru mülayimləşəcəyi, 14-də isə zəif və mülayim cənub küləyi ilə əvəz olunacağı gözlənilir.

Nigar Məmmədli