Hər bir insanın verməli olduğu 7 analiz - Siyahı

her-bir-insanin-vermeli-oldugu-7-analiz
Oxunma sayı: 10663

İnsan hansı sağlamlıq problemlərinin olduğunu bilmək üçün müəyyən analizlər vermək ən yaxşı yoldur.

“Qafqazinfo” Medicina.az-a istinadən hər bir insanın verməli olduğu analizləri təqdim edir:

1. Ürək-damar sistemi xəstəlikləri

Analiz: qanın ümumi və biokimyəvi analizi.

Vaxtı: ildə 2 dəfə

Vacib göstəricilər: qanda xolesterinin səviyyəsi yüksək olduqda ateroskleroz və işemik ürək xəstəliklərinin yaranmasından xəbər verir.

2. Tromboz

Analiz: koaquloqramma. Bu analiz qanın qatılığı, laxtalanması, qanaxma və tromb əmələ gəlməsi barədə bir sıra məlumatlar verir.

Vaxtı: ildə 1 dəfə

3. Şəkərli diabet

Analiz: barmaqdan şəkərin ölçülməsi üçün qan analizi.

Vaxtı: ildə 2 dəfə

Qanda qlükozanın norması 3,3 - 5,5 mmol/l olmalıdır.

4. Onkologiya

Xərçəngin erkən mərhələdə müəyyən edilməsi üçün bir neçə test mövcuddur.

Vaxtı: 40 yaşdan sonra 2 ildən bir onkoloji analiz vermək lazımdır.

5. Düz bağırsağın xərçəngi

Analiz: nəcisin analizi

Nəcisdə qan aşkarlanması mədə-bağırsaq traktında müşahidə edilən onkoloji xəstəlik nəticəsində baş verən gizli qanaxmadan xəbər verir.

6. Uşaqlıq ağzının xərçəngi

Analiz: uşaqlığın sitoloji yaxması.

Bu analiz ginekoloji müayinə zamanı götürülür. Uşaqlıq ağzında yerləşən selikli qişada baş verən dəyişiklikləri aşkarlamağa imkan verir.

7. Leykoz (qan xərçəngi)

Analiz: qanın ümumi analizi

Leykoz zamanı limfositlərin sayı azalır. Trombositlərin səviyyəsi isə aşağı düşür.