Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

qara-denizde-turkiyeye-mexsus-gemiye-hucum-olub
Oxunma sayı: 362

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukraynanın Qara dəniz limanı sahillərində pilotsuz təyyarənin hücumu nəticəsində Türkiyəyə məxsus, Panama bayraqlı gəminin ekipaj üzvləri arasında olan iki vətəndaşımızın yaralandığı öyrənilib. Vətəndaşlarımızın vəziyyəti Kiyevdəki səfirliyimiz və Odessadakı Baş Konsulluğumuz tərəfindən diqqətlə izlənilir”, - məlumatda deyilir.

Açıqlamada vurğulanıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində gərginliyin artması nəticəsində Qara dənizdəki maraqlarını və regional təhlükəsizliyi təhdid edən hücumlarla bağlı narahatlığını hər iki ölkənin səlahiyyətlilərinə çatdırıb.