Heydər Əliyev adına liseydən yeyinti ilə bağlı - - Açıqlama

heyder-eliyev-adina-liseyden-yeyinti-ile-bagli-
Oxunma sayı: 4225


Aktual.az xəbər verir ki, son günlər ölkə mediasında Hesablamalar Palatasının 2013-ci ildə dövlət müəssisələrində apardığı audit yoxlamaları nəticəsində aşkar olunan mənimsəmə faktları barəsində məlumatlar dərc edilir.

Həmin müəssisələrin siyahısında Heydər Əliyev adına liseyin də adına rəst gəlinir və audit yoxlaması nəticəsində təhsil müəssisəndə 110 min manat vəsaitin mənimsənildiyi bildirilir. 

Məsələ ilə bağlı Aktuala.az-a danışan Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov mənimsəmə faktının həqiqətə uyğun olmadığını bildirdi:

“Anlaya bilmirəm, məktəbdə, təhsil ocağında yeyinti harda aşkarlana bilər ki? Deyirlər ki, guya əlavə ştat olub və yeyinti də ordan olub. Yenə də bildirirəm ki, məndə Hesablama Palatasının apardığı audit yoxlamanın rəsmi arayışı var və orda heç bir yeyinti faktı aşkarlanmayıb”.